Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın “Səhiyyə” işçi qrupunun növbəti iclası keçirilib

21.10.2021-ci il tarixdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Səhiyyə” işçi qrupunun “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilib.

 

İclasda Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin müvafiq sahə üzrə məsul nümayəndələri iştirak ediblər.

 

Tədbirdə İşçi qrupunun iclasının gündəliyində müzakirəyə çıxarılacaq məsələlər üzrə çıxışlar edilib, biznes mühiti ilə bağlı beynəlxalq reytinqlərdə ölkəmizin göstəricilərinin yüksəlməsini daha da artırmaq üçün özəl sektor nümayəndələrinin cəlb olunması, biznes mühiti ilə bağlı göstəricilərin yaxşılaşdırılması ilə əlaqədar aparılan islahatlar, səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığı və digər mövzular müzakirə olunub. azranking.az onlayn müraciət bölməsi vasitəsilə özəl sektor nümayəndələrinin İşçi qrupunun fəaliyyətinə cəlb edilməsi, müzakirələr aktiv qoşulması imkanları barədə fikir mebadiləsi aparılıb.

 

Görüşün sonunda iclas ərzində müzakirə olunan məsələlərə dair işçi qrup üzvləri tərəfindən müvafiq təkliflərin irəli sürülərək növbəti görüşlərdə Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınıb.

 

 

22/10/2021

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->