Əsas bölmələr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 sentyabr 2011-cu il tarixində Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq imzaladığı sərəncama əsasən Azərbaycanda tibb elminin inkişafındakı xidmətlərinə görə Ədilə Əvəz qızı Namazova Şərəf ordeni ilə təltif edilmişdir.
29 noyabr tarixində Səhiyyə Nazirliyində ordenin təqdimatı münasibəti ilə kollegiyanın xüsusi toplantısı keçirilmişdir.
Səhiyyə naziri Oqtay Şirəliyev Ədilə xanım Namazovanı Şərəf ordeni kimi ali mükafata layiq görülməsi münasibətlə təbrik etdi və ona ən xoş və səmimi arzularını çatdırdı. Daha sonra mükafat O.Şirəliyev tərəfindən sahibinə təqdim olundu.
Ədilə xanım Namazova belə mötəbər bir mükafata layiq görülməsini ölkə başçısının Azərbaycan tibb elmi və səhiyyəsinə ayırdığı diqqət və qayğının nəticəsi kimi dəyərləndirərək bu diqqət və qayğıya görə minnətdarlığını bildirdi.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
Prezident İlham Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir
Səhiyyə Nazirliyinin növbəti xidməti “Elektron hökumət” portalı vasitəsilə istifadəyə verildi
Səhiyyə naziri Kürdəmirdə vətəndaşları qəbul etmişdir
Bərdə və Tərtər MRX-da könüllü qanvermə aksiyaları keçirilmişdir
Azərbaycanda səhiyyə sahəsinə dair yeni elektron xidmətlər istifadəyə verilib
Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu
Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib
Bərdə Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra açılışı olmuşdur
Könüllü qanvermə aksiyaları davam edir
Səhiyyə Nazirliyində özəl tibb sektorun nümayəndələri ilə “Dəyirmi masa” keçirilmişdir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə