Həkimlərin tibbi bilik və bacarıqlarının artırılması davam etdirilir
Həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə bu günlərdə Belorus Respublikasının Ana və Uşaq Mərkəzinin üç nəfərdən ibarət tanınmış professor və müəllim heyəti tərəfindən azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirilmişdir.
Ginekologiyanın aktual məsələlərinə həsr olunmuş kurslara respublikada fəaliyyət göstərən dövlət tibb müəssisələrində çalışan 160 həkim müdavim cəlb olunmuşdur.
On günlük kurslar Respublika Perinatal Mərkəzin bazasında keçirilmişdir.