Əsas bölmələr
Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən 2011-ci ilin 11 ayı ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana və Ədliyyə Nazirliyinin yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən təkrar reydlər keçirilmişdir.
Ümumilikdə respublika üzrə 118 aptekə baxış keçirilmişdir, bunlardan 37 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 67 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 14 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanmışdır.
Bunlardan 31 aptekdə aparılan baxışlar nəzarət xarakterli olduğundan yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən aparılmış, digər apteklərdə isə pasportlaşma aparılmışdır.
Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 7 aptekə inzibati xətalar məcəlləsinin 64.1. maddəsi ilə protokollar tərtib edilmişdir.
Həmçinin keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı olmayan 1210 seriya (6040 qutu), istifadə müddəti bitmiş 14 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilmişdir.
Mərkəzin Analitik Ekspertiza şöbəsi tərəfindən respublikaya idxal olunan 24264 seriya dərman preparatlarının nümunələrinin laborator yoxlamaları aparılmışdır.
Səhiyyə Nazirliyinin qaynar xətt telefonu vasitəsilə Mərkəzə 93 sayda müraciət daxil olmuşdur. Bunlardan apteklərdən alınan dərman vasitələrinin seriyalarının yoxlanması məqsədilə olunan müraciətlər çoxluq təşkil etmiş, şikayətlərlə bağlı müvafiq tədbirlər görülmüşdür.
Keçən müddət ərzində 762 adda dərman vasitəsi dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikasının Dövlət Reyestrinə salınmışdır. Hal-hazırda Azərbaycan Respublikasının Dövlət Reyestrində 3652 adda dərman vasitəsi vardır ki, bunların da ölkə ərazisinə idxalına və istifadəsinə icazə verilmişdir.
Prezident İlham Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir
Səhiyyə Nazirliyinin növbəti xidməti “Elektron hökumət” portalı vasitəsilə istifadəyə verildi
Səhiyyə naziri Kürdəmirdə vətəndaşları qəbul etmişdir
Bərdə və Tərtər MRX-da könüllü qanvermə aksiyaları keçirilmişdir
Azərbaycanda səhiyyə sahəsinə dair yeni elektron xidmətlər istifadəyə verilib
Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu
Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib
Bərdə Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra açılışı olmuşdur
Könüllü qanvermə aksiyaları davam edir
Səhiyyə Nazirliyində özəl tibb sektorun nümayəndələri ilə “Dəyirmi masa” keçirilmişdir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə