Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında böyrək transplantasiyasına başlanıb

Əsaslı təmir və rekonstruksiyadan sonra akademik M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında böyrək transplantasiya əməliyyatları yenidən aparılmağa başlayıb.

 

Belə ki, xəstəxananın bir qrup mütəxəssisləri iki xəstə üzərində böyrək transplantasiyası əməliyyatları həyata keçiriblər. Uğurla nəticələnən hər iki əməliyyat 6 saat davam edib. Hər iki xəstə Bakı şəhər sakinidir. Xəstələrdən biri xroniki glomerulonefritdən əziyyət çəkib, xroniki böyrək xəstəliyi terminalı mərhələsində olub və 2009-cu ildən etibarən həftədə üç dəfə hemodializ seansları qəbul edib. Digər xəstə isə xroniki piolenefrit, xroniki böyrək çatmazlığının terminal mərhələsində olub və üç ildir ki hemodializ seansları alırdı. Hər iki xəstəyə yaxın qohumu donorluq edib və hər ikisinə yeni böyrək sağ qalça çuxuruna köçürülüb.

 

Hazırda xəstələrin vəziyyəti keçirdikləri əməliyyata uyğundur, hər iki xəstədə köçürülmüş böyrək fəaliyyət göstərir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

12/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013