Sertifikasiya imtahanları davam edir
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu.
Belə ki, 21.12.2011-ci il tarixində oftalmologiya, mamalıq-ginekologiya və pediatriya ixtisası üzrə keçirilən imtahanlarda ümumilikdə 179 həkim iştirak etmişdir. İştirakçılardan 10 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 177 nəfər uğurlu nəticələr əldə etmişdir.
Növbəti test imtahanları plastik cərrahiyyəsi, gigiyena və şüa diaqnostikası ixtisasları üzrə 28.12.2011-ci il tarixində keçiriləcək.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
23/12/2011