Əsas bölmələr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 27-də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşlar.
Prezident İlham Əliyevə məlumat verildi ki, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ölkəmizdə və qonşu respublikalarda işləyən həkimlərin diplomdan sonrakı hazırlığına böyük ehtiyac duyulduğundan 1935-ci ilin noyabrında yaradılmışdır. İnstitutun təşkilində azərbaycanlı mütəxəssislərlə yanaşı, Rusiyanın bir sıra alimləri də yaxından iştirak etmişlər.
Bildirildi ki, bu institutun tarixinin bir çox şanlı səhifələri görkəmli alim Əziz Əliyevin adı ilə bağlıdır. Əziz Əliyev 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində səmərəli fəaliyyət göstərmişdir. 1962-ci il sentyabrın 27-də institutun professor-müəllim heyətinin vəsatəti əsasında Nazirlər Sovetinin qərarı ilə instituta tanınmış ictimai-siyasi xadim, elm təşkilatçısı Əziz Əliyevin adı verilmişdir.
İnstitut yarandığı ilk gündən respublika üçün minlərlə yüksək ixtisaslı həkim mütəxəssisləri hazırlamışdır və bu iş indi də davam edir.
Hazırda institutun əməkdaşlarının sayı 427 nəfərdir. İnstitutun professor-müəllim heyəti arasında Azərbaycan, Rusiya və digər xarici ölkələrin elmlər akademiyalarının həqiqi, müxbir və fəxri üzvləri, 34 elmlər doktoru, 127 elmlər namizədi, 7 nəfər əməkdar elm xadimi, 7 nəfər əməkdar həkim vardır.
Binada rektorluq, üç dekanlıq, 30 kafedra, 130 çarpayılıq cərrahiyyə klinikası, tədris şöbəsi, tədris-metodiki şöbə, mərkəzi elmi-tədqiqat laboratoriyası, rezidentura, elmi-tədris məlumat şöbəsi, elmi kitabxana və yataqxana fəaliyyət göstərir. Binanın əsaslı təmirinə 2010-cu ildən başlanmış, burada yüksək standartlara cavab verən iş şəraiti yaradılmışdır. Foyedə görkəmli dövlət xadimi, professor Əziz Əliyevin büstü qoyulmuş, həyat və fəaliyyətinə həsr olunan muzey fəaliyyət göstərir.
Məlumat verildi ki, bu institutun fəaliyyəti ulu öndərin respublikamıza rəhbərliyi dövründə daha uğurlu olmuşdur. Akademik Zərifə xanım Əliyeva institutun inkişafına əvəzsiz töhfələr vermişdir.
Qeyd olundu ki, il ərzində bu institutda 5 min 162 müdavim 236 kursda təkmilləşdirmə, ixtisasartırma və yenidən hazırlanma keçmişdir. İnstitutda 23 mövzu üzrə elmi tədqiqat işləri aparılır.
Bina ilə tanışlıqdan sonra dövlətimizin başçısı institutun kollektivi ilə görüşdü və onlara öz ürək sözlərini bildirdi.
İnstitutun əməkdaşı Təranə İBADOVA burada yaradılan şəraitə görə dövlətimizin başçısına kollektiv adından minnətdarlığını bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.
Şəmkir MRX-da keçirilən qanvermə aksiyalarında 1008 nəfər könüllü olaraq qan vermişdir
2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul olunanların sənədlərinin qəbulu davam edir
Qobustan və Zaqatala MRX-da könüllü qanvermə aksiyaları keçirilmişdir
Pulmonologiya üzrə elmi-praktiki kurslar keçirilir
28 iyul - Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd edilir
Könüllü qanvermə aksiyaları davam edir
Azərbaycanda İmmunlaşdırma Həftəsi keçiriləcəkdir
Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin I Tibb Forumu keçirilmişdir
Yanvar ayı ərzində sertifikasiyaya dair 8 ixtisas üzrə imtahan keçirilmişdir
2011-ci ilin 11 ayı ərzində 118 aptekə baxış keçirilmişdir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə