.:: AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN RƏSMİ SAYTI ::.
QAYNAR XƏTT: (99412) 565-12-64

Sumqayıt Şəhər Səhiyyə Şöbəsində mama-ginekoloji xidmətin vəziyyətinin öyrənilməsinə dair müşavirə keçirilmişdir

26/01/2012, 12:21

26.01.2012-ci il tarixində Sumqayıt şəhər və ona təhkim olunmuş regional rayonlarda mama-ginekoloji xidmətin vəziyyətinin öyrənilməsinə dair müşavirə keçirilmişdir. Müşavirədə Səhiyyə Nazirliyinin mama-ginekologiya sahəsinə dair aparıcı mütəxəssisləri, Sumqayıt şəhərinin (Qubadlı rayonu daxil olmaqla) və təhkim olunmuş rayonların (Abşeron, Xızı, Siyəzən, Şabran rayonları) səhiyyə təşkilatçıları, mama-ginekoloqları iştirak etmişdir.

 

Müşavirədə Səhiyyə Nazirliyinin 16.11.2007-ci il tarixli 191-5 nömrəli “Ana və perinatal ölüm hallarının aradan qaldırılması məqsədilə regionlarda doğuşaqədər və doğuşayardım xidmətinin səviyyəsini yaxşılaşdırmaq barədə” əmrin icrası ilə əlaqədar Sumqayıt şəhər Səhiyyə şöbəsinin 24 yanvar 2012-ci il tarixli 9 nömrəli “Doğuşayardım və cərrahiyyə sahəsində ekstremal situasiyalara ixtisaslı yardımın göstərilməsi üçün daim fəaliyyət göstərən həkim briqadalarının yaradılması barədə” əmr imzalanmışdır.

 

Əmrə əsasən Sumqayıtda və təhkim olunmuş rayonlarda doğuşayardım sahəsində konsultativ və ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi həkim briqadalara həvalə olunmuşdur. Bu briqadalar ekstremal situasiyalarda təcili olaraq lazımı ixtisaslaşmış yardım göstərəcəklər.

 

Müşavirə iştirakçıları Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş perinatal konsepsiyanın təqdimatını diqqətə çatdıraraq, respublikada təhlükəsiz ana və uşaq sağlamlığının qorunması, mövcud olan perinatal mərkəzlərin fəaliyyəti, rayonlarda doğuşayardım müəssisələrin səviyyələr üzrə bölünməsi barədə məlumat verdilər, doğuşayardım tibb müəssisələrində mama-ginekoloqların peşəkarlığı barədə Səhiyyə Nazirliyinin tövsiyələrini və bu istiqamətdə aparılan işləri diqqətə çatdırdılar.

 

Müşavirə Sumqayıt, Xızı, Siyəzən, Şabran, Abşeron, Qubadlı rayonundan müşavirədə iştirak edən mütəxəssislər tərəfindən verilən suallar əsasında diskusiya ilə davam etmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Çap versiyası | Baxılıb 227
Digər xəbərlər:
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Səhiyyə Nazirliyinin “Elektron xidmətlər”indən istifadə edirsinizmi ?
İstifadə edirəm
İstifadə etmirəm
Ehtiyac duyulmayıb
Bacarmıram
Bilmirəm nə üçün lazımdır