Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə könüllü qanvermə aksiyası keçirilmişdir
Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 25 fevral 2012-ci il tarixində Masallı Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.
Aksiya zamanı 236 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!