Əsas bölmələr
1950-ci ildən bəri hər il aprel ayının 7-də Ümumdünya Sağlamlıq günü qeyd edilir. 2012-ci ildə bu günün mövzusu “Sağlamlıq ömrü uzadır” devizi altında yaşlanma və sağlamlıq məsələlərinə həsr olunub. Burada başlıca diqqət ona yönəldilir ki, sağlamlıq yaşlı kişi və qadınların bütün həyatı boyunca dolğun və səmərəli həyat sürməsinə yardım edir.
Yaşlanma harada yaşamasından, cavan və ya qoca, kişi və ya qadın, zəngin və ya kasıb olmasından asılı olmayaraq, hər bir insanı düşündürür. İqtisadiyyatın qloballaşdığı, texnologiyanın sürətlə inkişaf etdiyi, urbanizasiyanın artdığı, ailə modellərinin dəyişdiyi XXI əsrdə ən böyük sosial dəyişikliklərdən biri də əhalinin yaşlanması məsələsidir. Tezliklə dünyada həm yaşlı insanların ümumi sayı indiyədək olduğundan xeyli çox olacaq, həm də yaşlı insanların sayı uşaqların sayından artıq olacaq. 2000-2050-ci illər ərzində 80 və daha yaşlı insanların sayı təxminən dörd dəfə artaraq 395 milyona çatacaq. Qarşıdakı beş il ərzində isə bəşər tarixində ilk dəfə olaraq 65 və ondan yuxarı yaşlı insanların sayı 5 yaşa qədər uşaqların sayından artıq olacaq. Bu yaşda olan insanların sayı 2050-ci il üçün 14 yaşa qədər uşaqların sayını ötüb keçəcək. 2000-2050-ci illər arasında dünyada yaşı 60-dan yuxarı olan əhalinin faiz nisbəti ikiqat artaraq, 11%-dən 22%-ə çatacaq. Eyni dövr ərzində 60 və daha yuxarı yaşlı insanların sayının 605 milyondan 2 milyarda çatacağı gözlənilir.
ÜST-nin Avropa üzrə Regional Ofisinin direktoru bildirib ki, “Avropada ömür uzunluğunun artması böyük nailiyyətdir və biz uzunömürlülüyün artırılmasına həyat səviyyəsinin yüksəldilməsi ilə nail olunmalıdır. Bütün ÜST Avropa Regionu siyasətçiləri bu tendensiyanı sağlam və aktiv yaşlanmaya imkan yaradan geniş əhatəli siyasətlərə sərmayə qoyulması yolu ilə dəstəkləyə bilərlər”.
Sağlam yaşlanmaq beynəlxalq ictimai səhiyyə proqramının gündəliyində prioritet məsələyə çevrilir. Sağlam yaşlanma həyatın ilkin mərhələlərindəki sağlamlıqla əlaqədardır və am yaşlanma bir çox amillərdən asılıdır. Fərdin bioloji sisteminin funksional imkanları ömrün ilk illərində formalaşır, ilkin yetkinlik dövründə ən yüksək səviyyəyə çatır və bundan sonra təbii olaraq zəifləməyə başlayır. Bu zəifləmə həddi, qismən də olsa, insanın bütün həyatı boyu davranışları və məruz qaldığı təsirlərlə müəyyən edilir. Buraya onun qidalanması, fiziki aktivlik səviyyəsi və sağlamlıqla bağlı risklərə məruz qalması, məsələn, siqaret çəkmək, spirtli içkilərdən sui-istifadə və ya zəhərli maddələrin təsirinə məruz qalmaq halları daxildir.
ÜST-nin Azərbaycandakı Nümayəndəliyi öz tərəfdaşları ilə birgə 2012-ci il Ümumdünya Səhiyyə günü ilə əlaqədarsilsilə görüşlər və ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə tədbirlər təşkil edəcək.
Şəmkir MRX-da keçirilən qanvermə aksiyalarında 1008 nəfər könüllü olaraq qan vermişdir
Səhiyyə naziri Göygöldə vətəndaşları qəbul etmişdir
Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışı olmuşdur
“Qaynar xətt” xidmətinə 352 müraciət daxil olub
Prezident İlham Əliyev 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında aparılan əsaslı təmir və yenidənqurma işləri il...
Səhiyyə Nazirliyinin Tibbi yardımının təşkili şöbəsinin nümayəndələri ilə Litva Respublikası Seyminin nümayənd...
Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə geniş tədbir keçirildi
Azərbaycanda tibb işçilərinin peşə bayramı qeyd olunur
Səhiyyə naziri Oqtay Şirəliyev Ankara Universitetinin rektoru Cemal Taluğun rəhbərlik etdiyi nümayəndə heyətin...
Həkimlərin tibbi bilik və bacarıqlarının artırılması
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə