Stansiya Sumqayıt və Tuk zavod ərazilərində tibb məntəqələri açılmışdır
Sumqayıt şəhərinin ucqar yaşayış massivlərindən (Stansiya Sumqayıt və Tuk zavod ərazisindən) şəhər poliklinikalarına gediş-gəlişin çətin olmasını Stansiya Sumqayıt və Tuk zavod ərazilərində tibb məntəqələri açılmışdır. Tibb məntəqələrində daimi orta tibb personalı, növbə üzrə isə həkim pediatr, həkim ginekoloq və uşaq stomatoloqu fəaliyyət göstərəcəkdir. Məntəqələrin açılması həmin ərazidəki sakinlərə tibbi xidmətin yaxşılaşdırılması və ehtiyac olan hallarda ilkin tibbi yardımın göstərilməsi, uşaqlar arasında xəstəliklərin vaxtında aşkar edilərək müayinə və müalicəyə cəlb edilməsi, profilaktik sanasiyaların aparılması, hamilə qadınların ilkin mərhələlərdə qeydiyyata götürülməsi işini yaxşılaşdıracaqdır. Tibb məntəqələri Novruz bayramı ərəfəsində açılmışdır.
17/04/2012