Ümumdünya Hemofiliya günü münasibətlə Gəncədə könüllü qanvermə aksiyası keçirilmişdir
17 aprel Ümumdünya Hemofiliya günü münasibətlə Gəncə Şəhər Səhiyyə İdarəsinin təşkilatçılığı ilə Mərkəzi Qan Bankının Gəncə bölməsində könüllü qanvermə aksiyası keçirilmişdir.
Aksiya zamanı 100 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!