Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi reydlər keçirmişdir

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən 2012-ci ilin I rübü ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana, Ədliyyə Nazirliyinin yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən və İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə reydlər keçirilmişdir.
Ümumilikdə, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən 95 aptekdə reyd keçirilmişdir.
Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətilə məşğul olan 6 aptek aşkarlanaraq fəaliyyətləri dayandırılmışdır.
Həmçinin keçirilən reydlər nəticəsində yararlıq haqqında analiz protokolu olmayan 299 seriya 1428 qutu (bunlardan 956 qutu qeydiyyatsız dərman vasitələri), istifadə müddəti bitmiş 22 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilmişdir (Əlavə 1).
Əlavə 1
Apteklərin sayı
|
Götürülən dərman preparatlarının sayı
|
ümumi
|
Bunlardan qeyri-qanuni
|
Sertifikatsız
(seriya)
|
Qutu
|
Müddəti bitmiş
(seriya)
|
95
|
6
|
299
|
1428
|
22
|
23/04/2012