Naxçıvanda açıq ürək əməliyyatları və elmi-praktiki konfrans keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasının, Ürək-Damar Xəstəlikləri Mərkəzinin, 30 nəfərlik heyətdən ibarət yüksək ixtisaslı kardiocərrahiyyə briqadası ölkəmizdə artıq ənənəvi hal alan daha bir aksiyanı 10-18 iyun 2012 tarixləri arasında Naxçıvan Muxtar Respublikasında başlayıb. Aksiya çərçivəsində 25 yaxın açıq ürək əməliyyatları, eləcə də koronar angioqrafiya, exokardioqrafiya və elektrokardioqrafiya müayinələri həyata keçiriləcəkdir. Həmçinin Naxçıvan Diaqnostika Mərkəzində 14 iyun 2012-ci il tarixində tibb mərkəzində çalışan və eyni zamanda ətraf rayonlarda işləyən həkimlərin iştirakı ilə Milli Qurtuluş Gününə həsr olunmuş “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi” adlı 5-ci regional elmi-praktiki konfrans keçirilib.

14/06/2012