Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2012-ci ilin iyun ayı ərzində 391 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 235-i (41-i əsaslı, 194-ü isə əsassız) şikayət, 78-i – sorğu xarakterli, 8-i aidiyyəti üzrə deyil, 70-i isə cari problemlərlə bağlı olub.
“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür.