Həkimlərin tibbi biliklərinin artırılması davam etdirilir
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişin növbəti mərhələsinə start verilib.
Akademiyanın professura və dosent heyəti tərəfindən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda azərbaycanlı müdavimlər üçün rentgenologiya, neonatologiya, terapiya və uşaq cərrahiyyəsi üzrə elmi-praktiki kurslar keçirilir. Kurslara respublika üzrə dövlət xəstəxanalarında çalışan mütəxəssislər cəlb edilib.