Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 06.11.2012-ci il tarixində Tovuz və Şamaxı Mərkəzi Rayon Xəstəxanalarında könüllü qanvermə aksiyaları keçirilmişdir.
Aksiyalar zamanı Tovuz MRX-da 145 nəfər, Şamaxı MRX-da isə 170 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!