Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2012-ci ilin oktyabr ayı ərzində 432 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 203-ü (47 əsaslı, 156-sı isə əsassız) şikayət, 94-ü – sorğu xarakterli, 12-si aidiyyəti üzrə deyil, 123-ü isə cari problemlərlə bağlı olub.
“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür.