Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 20 fevral 2013-cü il tarixində Azərsutikinti Xəstəxanasında və Abşeron Neft İdarəsində könüllü qanvermə aksiyaları keçirilmişdir.
Aksiyalar zamanı Azərsutikinti Xəstəxanasında 65 nəfər, Abşeron Neft İdarəsində isə 53 nəfər könüllü olaraq qan vermişdir. Aksiyalar zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.