Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ilə bağlı müsahibədən 63 nəfər keçib

Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

 

Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi elan olunmuş 38 ixtisas üzrə vakant yerlərə 250 müraciət daxil olmuşdur. Bunlardan 208 nəfəri imtahanlarda iştirak hüququ qazanmışdır.

 

İmtahanların test mərhələsindən 126 nəfər məqbul alaraq ikinci - müsahibə mərhələsinə buraxılmışdır. Müsahibə nəticəsində 63 nəfər işə qəbul edilib, onlardan 49 nəfər rayonlar üzrə, 14 nəfər Bakı və Sumqayıt şəhərləri üzrə.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

29/07/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013