Səhiyyə Nazirliyinin “Qaynar xətt” (9103) xidmətinə 2013-cü il iyul ayı ərzində 352 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 280-i (21-i əsaslı, 158-i isə əsassız, 101-i cari problemlərlə bağlı şikayət), 3-ü - aidiyyəti üzrə deyil, 69-u sorğu xarakterli olub.
Qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür.