Rezidentlərin nəzərinə!
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi rezidentura üçün klinik baza kimi təsdiq edilmiş elm və tibb müəssisələrində ixtisaslaşmış tibbi təhsilin səviyyəsinin təkmilləşdirilməsi məqsədilə rezident-həkimlər üçün kardiocərrahiyyə, plastik cərrahiyyə, mamalıq-ginekologiya, immunologiya, endokrinologiya, laboratoriya işi, şüa diaqnostikası, şüa terapiyası, uşaq cərrahiyyəsi, hematologiya, neyrocərrahiyyə, anesteziologiya-reanimatologiya, üz-çənə cərrahiyyəsi, genetika üzrə xaricdə 3-6 ay müddətinə rotasiya tsiklləri təşkil edir.
İştirakşılara əsas tələblər:
Rezidentura təhsilinin cari ilini tamamlayaraq dövri attestasiyadan keçmiş həkim-rezidentlər
Səlis xarici dil biliyi
1. Elektron ərizə (çap edilərək imzalanmış nüsxə);
2. Kadrların şəxsi uçot vərəqəsi (tam doldurulmuş);
3. Ali təhsil haqqında diplomun surəti;
4. Əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda);
5. Rezidentin dövri attestasiyasının nəticələrini əks etdirən sənədin surəti;
6. Rezidenturanın keçirildiyi tibb müəssisəsindən xasiyyətnamə;
7. Xarici dil biliyi barədə rəsmi sertifikat (alman dili üzrə B2-C1, DSH2 səviyyəsi, ingilis dili (TOEFL və s.), türk dili (tibbi terminologiya ilə);
8. 3,5x4,5 ölçüdə 2 ədəd rəngli fotoşəkil;
9. Şəxsiyyət vəsiqəsinin surəti;
10. Xarici pasportun surəti
Sənəd qəbulu 16.09.2013-cü il tarixindən başlayaraq 20 iş günü müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyində saat 10.00-dan 16.00-dək aparılır.
Ünvan; M. Mirqasımov 1, II mərtəbə, otaq №245/246.
20/08/2013