Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cəzalandırıldı
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2013-cü ilin iyul ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 80 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 31 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 23 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1037, mikrobioloji göstəricilərinə görə 956, toksikoloji göstəricilərinə görə 182, radioloji göstəricilərinə görə 36 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 24-da orqanoleptik və fiziki-kimyəvi, 20-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.
Şadlıq evlərindən 2647 yaxma nümunəsi, 10 soyuq qəlyanaltı nümunəsi götürülmüş, 58 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilmişdir.
İyul ayı ərzində əhali arasında 229 qida zəhərlənməsi hadisəsi baş vermiş, 241 nəfər zərərçəkən olmuşdur.
22/08/2013