Səhiyyə naziri Oqtay Şirəliyev avqustun 30-da Şəki Mərkəzi Rayon Xəstəxanasının yeni korpusunda Şəki, habelə ətraf rayonlardan olan Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayon sakinlərini qəbul etmiş, onların problemləri ilə yaxından tanış olmuşdur. Qəbula gələn 22 nəfərin müraciət və istəkləri nazir tərəfindən dinlənilmiş və cavablandırılmış, bəzilərinə dair müəyyən tapşırıq və göstərişlər verilmişdir.