Səhiyyə Nazirliyinin növbəti xidməti “Elektron hökumət” portalı vasitəsilə istifadəyə verildi
Səhiyyə Nazirliyi “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi adlı növbəti elektron xidmətini “Elektron hökumət” portalı vasitəsilə istifadəyə verdi.
Portala giriş edərək nazirliyin bölməsinə daxil olub, sözügedən elektron xidməti seçdikdən sonra valideynin (ananın) yeni doğulmuş övladı haqqında şəhadətnamə surətini əldə etməsi mümkündür.