Səhiyyə naziri Oqtay Şirəliyev Göygöldə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 24 sentyabr 2013-cü il tarixində saat 12:00-da Göygöl Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir qəbulda Göygöl, Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Goranboy, Samux, Naftalan və Kəlbəcər rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Göygöl Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
19/09/2013