Qobustan və Zaqatala MRX-da könüllü qanvermə aksiyaları keçirilmişdir
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 14 oktyabr 2013-cü il tarixində Qobustan və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarında könüllü qanvermə aksiyaları keçirilmişdir.
Aksiyalar zamanı Qobustan MRX-da 88 nəfər, Zaqatala MRX-da isə 108 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.