Xocavənd Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Xocavənd Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.
Aksiya zamanı 401 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.