Səhiyyə naziri Şamaxıda vətəndaşları qəbul etmişdir
Səhiyyə naziri Oqtay Şirəliyev 15 noyabr 2013-cü il tarixində Şamaxı Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul etmiş, onların problemləri ilə yaxından tanış olmuşdur.
Qəbula gələn 48 nəfərin müraciət və istəkləri nazir tərəfindən dinlənilmiş və cavablandırılmış, bəzilərinə dair müəyyən tapşırıq və göstərişlər verilmişdir.