Əsas bölmələr
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2013-cü ilin noyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 55 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 11 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 24 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 954, mikrobioloji göstəricilərinə görə 855, toksikoloji göstəricilərinə görə 245, radioloji göstəricilərinə görə 21 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 7-də orqanoleptik və fiziki-kimyəvi, 9-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.
Şadlıq evlərindən 2393 yaxma nümunəsi, 39 soyuq qəlyanaltı nümunəsi götürülmüş, 41 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilmişdir.
Noyabr ayı ərzində əhali arasında 75 qida zəhərlənməsi hadisəsi baş vermiş, 87 nəfər zərərçəkən olmuşdur. O cümlədən 2 botulizm hadisəsi baş vermiş, 2 nəfər zərərçəkən olmuşdur.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı
Yeni tibb müəssisələri əhalinin istifadəsinə verilmişdir
Ağcabədi Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilmişdir
Bakıda Avrasiya cərrah və qastroenteroloqlarının XIII Beynəlxalq konqresi keçirilir
Səhiyyə naziri Göygöldə vətəndaşları qəbul etmişdir
Pulmonologiya üzrə elmi-praktiki kurslar keçirilir
Səhiyyə naziri Türkiyənin Əmək və Sosial Müdafiə naziri ilə görüşüb
Azərbaycanda bakterial meningitlər üzərində epidemioloji kəşfiyyat nəzarəti müvəffəqiyyətlə davam etdirilməkdə...
Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş olmuşdur
"Böyrək, ürək-damar və qaraciyər xəstəliklərinin effektli müalicəsinin sosial əhəmiyyəti" mövzusunda regiona...
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə