Səhiyyə Nazirliyinin Tibbi yardımının təşkili şöbəsinin nümayəndələri ilə Litva Respublikası Seyminin nümayəndələri arasında görüş keçirilmişdir
19.01.2011-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımının təşkili şöbəsinin nümayəndələri ilə Litva Respublikası Seyminin nümayəndələri arasında görüş keçirilmişdir.
Görüşdə məqsəd “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini müzakirə etmək, ölkəmizdə bu sahədə görülən işlər, əldə olunan nailiyyətlər haqda qonaqlara məlumat vermək idi.
Daha sonra litvalı ekspertlər ET Mamalıq-Ginekologiya İnstitutunda olmuşlar.