Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Mama-ginekologiya ixtisası üzrə kurslar təşkil olunub

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən akademiyanın professura və dosent heyəti ölkəmizdə 23.05.2014-cü il tarixindən etibarən mama-ginekologiya ixtisası üzrə kurslar təşkil olunub. Azərbaycan Dövlət Həkimləri təkmilləşdirilməsi İnstitutunda keçirilən kurslara Səhiyyə Nazirliyinin tabeçiliyində olan xəstəxana və tibb mərkəzlərində hazırda çalışan, ən azı öz ixtisası üzrə 3-5 il iş təcrübəsi olan, rus dilini yaxşı bilən mütəxəssislər cəlb edilmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

26/05/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013