Kiyev Ürək Mərkəzinin tanınmış ekspertləri ölkəmizə səfər etmişlər
Azərbaycanda kardiocərrahiyə xidmətinin təkmilləşdirilməsi, bu xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Kiyev Ürək Mərkəzinin tanınmış ekspertləri ölkəmizə səfər etmişlər.
Səfərdə məqsəd iki ölkə arasında kardiocərrahiyəsi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etmək habelə akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində gənc mütəxəssislər üçün nəzəri, elmi - praktiki təlimlər keçirmək olub.