Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Özəl tibb müəssisələri rəhbərləri və kadr üzrə mütəxəssisləri üçün “Tibb müəssisələrində kadr işinin təşkili” mövzusuna dair ELAN

Özəl tibb müəssisələri rəhbərləri və kadr üzrə mütəxəssisləri üçün

“Tibb müəssisələrində kadr işinin təşkili” mövzusuna dair ELAN

 

Özəl tibb müəssisələrində kadr işinin və əmək münasibətlərinin qanunvericiliyə uyğun təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Lisenziyalaşdırma və Akkreditasiya şöbəsi “Tibb müəssisələrində kadr işinin təşkili” mövzusunda təlim təşkil edir.

Təlim özəl tibb müəssisələrinin rəhbərlərin və kadrlar üzrə mütəxəssisləri üçün nəzərdə tutulur.

 

Təlimin mövzusu

A. Nəzəri hissə

- Kadr işinin təşkili, işçi heyətin şəxsi işlərinin formalaşdırılması qaydaları;

- İşçi heyətlə əmək münasibətlərinin qanunvericiliyə əsasən tənzimlənməsi;

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində tibbi praktika ilə məşğul olması şərtləri və qaydaları;

- Xaricdə təhsil almış şəxslərin diplomunun nostrifikasiyası qaydaları;

- Həkim və orta tibb işçilərinin Sertifikasiya qaydaları.

 

B. Praktik hissə

 

- Özəl tibb müəssislərində çalışan tibb heyətinin Vahid Registrdə qeydiyyat qaydası;

- Həkim və orta tibb işçilərinin təkmilləşdirmə kurslarına göndərilmə qaydaları – elektron müraciət;

- Elektron əmək müqaviləsi;

- Elektron sağlamlıq kartları- elektron müraciət;

 

Təlimdə iştirak etmək üçün snlisenziya@yahoo.com ünvanında elektron qaydada 01.10.2014-cü il tarixinədək qeydiyyatdan keçə bilərsiniz.

 

Əlaqə:

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin

Analitik Ekspertiza Mərkəzi

Lisenziyalaşdırma və akkreditasiya şöbəsi

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, C. Cabbarlı küçəsi 34

Tel: 012 596 0520 (daxili 212)

050 224 3309

Elektron poçt: snlisenziya@yahoo.com

22/09/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013