Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2010-cu ilin dekabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə, gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 109 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 30 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 19 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2010-cu ilin yekunlarına görə hesabatı

2010-cu ildə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 459 təşkil etmişdir. Onlardan 97,4% Azərbaycan vətəndaşı, 2,6% isə əcnəbi vətəndaşdır

Oftalmologiya və ümumi cərrahiyyə ixtisasları üzrə keçirilmiş imtahanlarının nəticələri bəlli oldu

19.01.2011-ci il tarixində oftalmologiya və ümumi-cərrahiyə ixtisasları üzrə keçirilən imtahanlarda 37 həkim iştirak etmişdir. İştirakçılardan 4 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstəriblər

İxtisasartırma kurslarına göndəriləcək həkimlər ilə görüş keçirilib

Səhiyyə Nazirliyi və Dünya Bankının “Səhiyyə sektorunda islahatlar layihəsi” çərçivəsində ixtisasartırma kurslarına göndəriləcək həkimlər ilə keçirilən görüşün əsas məqsədi onlara bəzi inzibati, təşkilatı məsələləri aydınlaşdırmaq və tövsiyələr vermək idi

Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin ilk 2-ci mərhələsi - müsahibəsi keçirilmişdir

Müsahibədə 05.01.2011-ci il tarixində mama-ginekologiya ixtisası üzrə test imtahan verən və birinci mərhələdən uğurlu nəticələr əldə edən həkimlər iştirak ediblər

Səhiyyə Nazirliyinin Tibbi yardımının təşkili şöbəsinin nümayəndələri ilə Litva Respublikası Seyminin nümayəndələri arasında görüş keçirilmişdir

Görüşdə məqsəd “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini müzakirə etmək, ölkəmizdə bu sahədə görülən işlər, əldə olunan nailiyyətlər haqda qonaqlara məlumat vermək idi

5 saylı Klinik Xəstəxananın poliomielit şöbəsinin əsaslı təmirdən sonra açılışı olmuşdur

Burada kəskin süst iflicli xəstələrin müalicə və reabilitasiyası nəzərdə tututlub

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda könüllü qanvermə aksiyası keçirilmişdir

Aksiya zamanı 45 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

Səhiyyə naziri Oqtay Şirəliyev Ankara Universitetinin rektoru Cemal Taluğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

Görüşdə Azərbaycan tərəfdən Azərbaycan Respublikası Prezidentinin xüsusi Tibbi Xidmətinin rəhbəri, Milli Onkologiya Mərkəzinin direktoru, görkəmli akademik Cəmil Əliyev və ATU-nun rektoru akademik Əhliman Əmiraslanov da iştirak edirdi

Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin ikinci imtahanlarının nəticələri bəlli oldu

12.01.2011-ci il tarixində anesteziologiya-reanimatologiya və pediatriya ixtisasları üzrə keçirilən imtahanlarda 56 həkim iştirak etmişdir

Səhiyyə Nazirliyində Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin siyasi işlər üzrə müşaviri ilə görüş keçirilib

Görüş Azərbaycan Respublikasının İnsan Alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən görülən işlərin müzakirəsinə həsr olunmuşdur

Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsinin 2010-cu il ərzində gördüyü işlər barədə hesabat

Ümumilikdə respublika üzrə 860 aptek təşkilatına baxış keçirilmişdir, bunlardan 324 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 463 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 73 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanmışdır

Səhiyyə Nazirliyində kadr məsələlərinə həsr olunmuş kollegiya iclası keçirilib

İclasda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini və baş həkimi vəzifəsinə təyin olunmuş şəxslərin adları açıqlanıb. Milli Onkologiya Mərkəzinin baş direktorun müavini vəzifəsinə Quliyev Fuad Ədalət oğlu, baş həkimi vəzifəsinə isə Əbdürrəhimov Azad Ramiz oğlu təyin olunublar

Sertifikasiya prosesinin ilk imtahanlarının nəticələri bəlli oldu

05.01.2011-ci il tarixində mama-ginekologiya və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda 23 həkim iştirak etmişdir. İmtahanlarda iştirak edən həkimlərin 92% uğurlu nəticələr əldə etmişdir

İlk sertifikasiya imtahanları keçirildi

İmtahanın şərtlərinə görə 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə, müsahibəyə buraxılacaqlar

Prezident İlham Əliyev Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev xəstəxananın əsaslı təmir və yenidənqurmadan sonra açılışı, Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə tibb işçilərini təbrik etdi

Daha iki tibb müəssisəsinin açılışı oldu

Bu gün Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyovanın iştirakı ilə 15 saylı uşaq Poliklinikasının açılış mərasimi olub

Səhiyyə Nazirliyində 2010-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir

İclası giriş sözü ilə acan nazir Oqtay Şirəliyev öncə bütün kollegiya iştirakçılarını, o, cümlədən bütün səhiyyə işçilərini qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəyliyi və “Yeni il” bayramları münasibəti ilə təbrik etdi

Sabirabad rayon Perinatal Mərkəzinin açılışı oldu

İki mərtəbəli, bütün tibbi avadanlıq, sarğı və dərman preparatları ilə təmin olunmuş mərkəzin birinci mərtəbəsi əsasən hamiləliyin patologiyası və qəbul bölməsi kimi, 2-ci mərtəbəsi isə fərdi doğuş və laboratoriya otaqları kimi nəzərdə tutulmuşdur

Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yenidənqurma işlərindən sonra açılış mərasimi olmuşdur

Dünya standartlarına cavab verən Cərrahiyyə Mərkəzi 240 çarpayılıqdır. Mərkəzin zəruri avadanlıq və ən müasir texnika ilə təchiz edilən poliklinikası, reanimasiya zalı, ümumi cərrahiyyə, qaraciyər-öd yolları cərrahiyyə bölməsi, damar cərrahiyyəsi şöbəsi, mədə-bağırsaq cərrahiyyə bölməsi, endokrin cərrahiyyə şöbəsi, ürək cərrahiyyəsi, uşaq ürək cərrahiyyəsi, kardiocərrahiyyə əməliyyat blokunda və digər əməliyyat otaqlarında hər bir zəruri cərrahi müdaxiləni həyata keçirmək mümkündür 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..