Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində ilkin səhiyyə xidməti göstərən tibb işçiləri üçün təlimlərə başlanıldı

Biliklərin artırılması məqsədilə ümumilikdə 70 təlim 105 həkim üçün, 140 təlim 210 tibb bacısı üçün, 770 təlim 1155 diabetli xəstə üçün, 700 təlim 1050 risk qrupuna aid olan insan üçün keçiriləcək

Bakı şəhər Baş Səhiyyə İdarəsində könüllü qanvermə aksiyası keçirilmişdir

Aksiya zamanı 50 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

Xızı Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir

Aksiya zamanı 135 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

Bakıda XII Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi keçirilir

Oktyabrın 15-dək davam edəcək beynəlxalq tədbirdə cərrahiyyə və qastroenterologiya sahələrində yeniliklərlə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

Belə ki, 12.10.2011-ci il tarixində yoluxucu xəstəliklər, hematologiya və stomatologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 131 həkim iştirak etmişdir

Səhiyyə Nazirliyində özəl tibb sektorun nümayəndələri ilə “Dəyirmi masa” keçirilmişdir

Tədbirdə iştirak edən Səhiyyə nazirliyinin rəsmiləri son illər ərzində səhiyyədə, xüsusilə də özəl səhiyyə sektorunda görülən işlər, əldə olunan nailiyyətlər barəsində  məlumatlar verdilər, qarşıda duran yeni planları ilə paylaşdılar

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat

“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür

Kardioloq və nefroloqların nəzərinə - Elan

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən akademiyanın professura və  dosent heyəti tərəfindən uşaq kardiologiyası,  nefrologiya və ümumi kardiologiya  ixtisasları üzrə  kurslar keçiriləcək

Növbəti sertifikasiya imtahanlarında 98% mütəxəssis uğurlu nəticələr əldə etmişdir

Belə ki, 05.10.2011-ci il tarixində onkologiya, pediatriya və dermatovenerologiya  ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 154 həkim iştirak etmişdir

Nefroloqların Beynəlxalq elmi-praktik konfransı keçirilmişdir

Konfrans nefrologiyanın aktual problemlərindən olan xroniki böyrək çatışmazlığı və dializ müalicəsi, hamiləlik nefropatiyası və uşaq nefrologiyasının müasir aspektləri mövzularına həsr olunmuşdur

54 azərbaycanlı həkim Türkiyədə ixtisasartırma kursları keçirlər

Müdavimlər əsasən 5 pilot rayondan (Şəki, İsmayıllı, Qax, Ağdaş, Abşeron və Bakı) seçilmişlər

Həkimlərin tibbi biliklərinin artırılması davam etdirilir

Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyasının professura və  dosent heyəti tərəfindən 3-22 oktyabr 2011-ci il tarixlərində azərbaycanlı müdavimlər üçün mama-ginekologiya və endoskopiya üzrə elmi-praktiki kurslar keçiriləcək

Səhiyyə Naziri Oqtay Şirəliyev İslam Əməkdaşlıq Təşkilatı Səhiyyə Nazirlərinin 3-cü sessiyasında iştirak etmişdir

Tədbirdə İslam Əməkdaşlıq Təşkilatının 57 üzv ölkəsinin Səhiyyə rəhbərlərinin və bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdi

Dövlət müstəqilliyimizin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

Tədbiri açan səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyətini müqayisəli şəkildə təhlil etmiş, müstəqillik illərində uğurla aparılan islahatlar, yeni açılan tibb müəssisələri, əsaslı təmirdən çıxmış xəstəxanalar barədə məlumat vermiş, bu sahəyə ayrılan vəsaitin dəfələrlə artırılmasını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır

2011/2012-ci TƏDRİS İLİ ÜÇÜN REZİDENTURAYA QƏBUL OLUNANLARIN DİQQƏTİNƏ!

Rezidenturaya qəbul olunmuş şəxslər aşağıdakı siyahıda göstərilən sənədləri 03.10.2011-ci il tarixindən 07.10.2011-ci il tarixinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə (Akad. M.Mirqasımov küç. 1A., otaq 108. Tel: 565-12-58, 441-26-03 (daxili108)) təqdim etməklə qeydiyyatdan keçmələri mütləqdir

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

Belə ki, 28.09.2011-ci il tarixində əczaçılıq və oftalmologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 45 həkim iştirak etmişdir. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticəni göstərmişdir

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının açılışı olmuşdur

Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə məlumat vermişdir ki, bu gün ölkədə ən çox diqqət göstərilən və müasir səviyyədə yenilənən sahələrdən biri də səhiyyədir

Səhiyyə Nazirliyində müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir

“Dəyirmi masa” da Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyəti müqayisə olunmuş, ölkəmizdə səhiyyənin inkişafında beynəlxalq təşkilatların rolundan danışılmış, müstəqillik illərində 400 dən artıq yeni tibb müəssisə açılması, xəstəxanaların əsaslı təmirdən çıxması, bu sahəyə ayrılan vəsaitin dəfələrlə artırılması haqqında tədbir iştirakçılarına məlumat verilmişdir

Mamalıq-ginekologiya və stomatologiya ixtisasları üzrə imtahanların nəticələri açıqlanıb

Keçirilən imtahanlarda ümumilikdə 107 həkim iştirak etmişdir. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 91 nəfər uğurlu nəticələr əldə etmişdir

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

Belə ki, 14.09.2011-ci il tarixində şüa terapiyası və laboratoriya işi ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 47 həkim iştirak etmişdir. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..