Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Tibb mütəxəssislərinin sertifikasiya ilə bağlı maarifləndirilməsi” layihəsi uğurla başa çatdı

Üç ay ərzində keçirilən və ölkənin bütün regionlarını əhatə edən təlimlərin məqsədi tibb mütəxəssislərinin sertifikasiya prosesi barədə məlumatlandırılması, onların suallarının yerindəcə cavablandırılması, hazırlıq üçün məsləhətlər verilməsi idi

Növbəti sertifikasiya imtahanlarında 96% mütəxəssis uğurlu nəticələr əldə etmişdir

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb

Gədəbəy MRX-da könüllü qanvermə aksiyası keçirilmişdir

Aksiya zamanı 115 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

 

Səhiyyə işçiləri təltif olundu

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuş bir qrup səhiyyə işçisinə medalların təqdimetmə mərasimi oldu. Tədbiri giriş sözü ilə acan səhiyyə naziri Oqtay Şirəliyev öncə təltif olunmuşları təbrik etdi və bu şərəfli adı daim layiqincə qorumalarını arzuladı. Sonra təqdimetmə mərasimi başladı

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

Belə ki, 13.07.2011-ci il tarixində dermatovenerologiya, mikrobiologiya və şüa diaqnostikası ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 102 həkim iştirak etmişdir. İştirakçılardan 4 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 89 (87%) nəfər uğurlu nəticələr əldə etmişdir

Könüllü qanvermə aksiyaları davam edir

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş könüllü qanvermə aksiyasında 37 nəfər könüllü olaraq qan vermişdir

 

Yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması qaydaları nəzarətdə saxlanılır

6 ay ərzində əhali arasında 358 qida zəhərlənməsi hadisəsi baş vermiş, 433 nəfər zərərçəkən olmuşdur. O cümlədən 18 botulizm hadisəsi baş vermiş, 36 nəfər zərərçəkən olmuşdur

Doğuşayardım xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə tədbirlər görülür

Belə ki, “Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası üzrə klinik protokolun tətbiqinin vəziyyəti”  üzrə ətraf bölgələrin mama-ginekoloq və anestezioloq-reanimatoloqlarının iştirakı ilə  regional perinatal mərkəzlərdə müşavirələr keçirilir

Tovuz Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir

Aksiya zamanı 150 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

Travmatoloq və ortopedlərin 2-ci Avrasiya konqresi keçirilmişdir

12 ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru konqresin prezidentinin müavini qismində iştirak etmişdir

Ölkə başçısı İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin tikilişinə əlavə vəsait ayırdı

Daim əhalinin sağlamlığına dəqiq və qayğı ilə yanaşan ölkə başçısı İlham Əliyev ölkədə analoqu olmayan bu sağlamlıq mərkəzindəki işlərin daha da sürətləndirilməsi  məqsədi ilə Bakı Sağlamlıq Mərkəzinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilmişdir

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 09.07.2011-ci il tarixində Lənkəran Mərkəzi Rayon Xəstəxanasında və Dənizkənarı Bulvar İdarəsində könüllü qanvermə aksiyaları keçirilmişdir

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

Belə ki, 06.07.2011-ci il tarixində pediatriya və fizioterapiya və tibbi bərpa ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 125 həkim iştirak etmişdir. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 121 (97%) nəfər uğurlu nəticələr əldə etmişdir

İlan sancma diaqnozu ilə 44 nəfər müraciət etmişdir

01.04.2011-ci il tarixdən bu günə kimi ilan sancması diaqnozu ilə ümumilikdə 44 nəfər Respublika Toksikologiya Mərkəzinə müraciət etmişdir ki, bunlardan da 16 nəfəri Bakı və ətraf rayonların payına düşür

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir

Aksiya zamanı 103 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

Vişnevskaya-Rostropoviç Fondunun dəstəyi ilə 2010-cu ilin oktyabr-noyabr aylarında aparılmış 1-ci turun davamı olaraq Səhiyyə Nazirliyi tərəfindən bu ilin aprel-may aylarında respublikanın 42 rayonunda 331 min nəfərdən çox I-VI-cı sinif şagirdləri arasında helmintozların (qurd xəstəliklərinin) profilaktikası məqsədilə Albendazol preparatı ilə 2-ci tur dehelmintizasiya (müalicə-profilaktika) tədbiri həyata keçirilmişdir

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2011-ci il iyun ayı ərzində 734 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 420-si şikayət xarakterli müraciətlərdi

Könüllü qanvermə aksiyaları davam edir


Səhiyyə Nazirliyinin və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 01.07.2011-ci il tarixində Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir

Gəncə Şəhər Səhiyyə İdarəsində könüllü qanvermə aksiyası keçirilmişdir

Aksiya zamanı 90 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

Sertifikasiya prosesinə dair növbəti test imtahanlarında 98% mütəxəssis uğurlu nəticələr əldə etmişdir

İştirakçılardan 13 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir. Növbəti test imtahanları fizioterapiya və tibbi bərpa və pediatriya ixtisasları üzrə 06.07.2011-ci il tarixində keçiriləcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..