Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

İyul ayı ərzində əhali arasında 228 qida zəhərlənməsi hadisəsi baş vermiş, 268 nəfər zərərçəkən olmuşdur. O cümlədən 3 botulizm hadisəsi baş vermiş, 3 nəfər zərərçəkən olmuşdur

Gənc mütəxəssislər üçün Almaniyanın klinikalarında ixtisasartırma kursları təşkil edilir – Elan

Kardiologiya, cərrahiyyə, anesteziologiya və intensiv terapiya, qastroenterologiya, travmatologiya və ortopediya, urologiya və uşaq urologiyası, neonatologiya və pediatriya, vizual diaqnostika, mama-ginekologiya və psixiatriya ixtisasları üzrə ixtisasartırma kursları təşkil olunacaq

Həkimlər üçün təkmilləşdirilmə kursları təşkil edilir - Elan

Kurslarda iştirak etmək istəyən respublika üzrə dövlət xəstəxanalarında işləyən ən azı 3 il iş stajı və rus dilini səlis bilən mütəxəssislər 6 avqust 2012-ci il tarixindən 5 sentyabr 2012-ci il tarixinədək saat 14:00-dən-17:00-dək Səhiyyə Nazirliyinə (111 nömrəli otaq) müraciət edə bilərlər

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat

“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür

Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir

Həkim-endokrinoloq tərəfindən aparılan təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılanır, maarifləndirici materiallar paylanır

Hərbi hissədə baş vermiş yanğında 9 nəfər zərərçəkmişdir

 Hadisə yerinə dərhal öncə 3, saat 08:30 radələrində isə əlavə olaraq daha 9 təcili tibbi yardım briqadası göndərilmişdir. Təcili Tibbi Yardım stansiyasının əməkdaşları yanğın zamanı zərərçəkmişlərdən nisbətən yüngül xəsarət almış 6 nəfərə yerindəcə ambulator yardım göstərmiş və evlərinə buraxılmışlar.

Sumqayıtda regional seminar keçirildi

Psixiatriya Yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İlk tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən (psixi pozuntuların) Siyahısı”nın təsdiq edilməsi haqqında” 131 nömrəli 11 iyun 2012-ci il tarixli Qərarının öyrənilməsi üçün geniş seminar keçirilmişdir.

 

Səhiyyə naziri Türkiyənin Əmək və Sosial Müdafiə naziri ilə görüşüb

Azərbaycanın səhiyyə naziri O. Şirəliyev iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində görülmüş işlərdən, o cümlədən yerli müdavimlərin Türkiyə Respublikasının qabaqcıl ali təhsil ocaqlarında təhsil almasını, zəngin təcrübə keçməsini və təkmilləşərək ölkəyə tam hazır kadr kimi qayıtmasını əhəmiyyətli faktor kimi dəyərləndirdi

Səhiyyə Nazirliyinin dəstəyi ilə “VNUS Endovenoz RF Ablasiya” kursu keçirilir

Ənənəvi hal alan bu cür elmi toplantıların keçirilməsi, ölkələrarası tibbi təcrübə və bilik mübadiləsinə xidmət edərək, günü gündən inkişaf edən ölkəmizdəki tibb sahəsinə öz tovhəsini verməktədir

Tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) alınması məqsədi ilə müraciət edənlərin nəzərinə

Ərizələrin və tələb olunan sənədlərin internet vasitəsi ilə elektron qəbulu üzrə konsultativ yardım Səhiyyə Nazirliyinin Ümumi şöbəsində hər həftənin çərşənbə günləri saat 10.00- 13.00-dək göstərilir

Könüllü qanvermə aksiyaları davam edir

Mərkəzi Qan Bankının Sumqayıt bölməsində 27 iyun 2012-ci il tarixində keçirilmiş könüllü qanvermə aksiyasında 62 nəfər könüllü olaraq qan vermişdir. Aksiyalarda iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk

Mütəxəssislərimiz tibbi diaqnozların və Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışı üzrə təşkil olunmuş təlimlərdə iştirak edəcəklər

Gələcəkdə həmin master-təlimçilər tərəfindən respublikanın tibb müəssisələrində Xəstəliklərin Beynəlxalq Təsnifatının tətbiqi üzrə geniş təlimlərin keçirilməsi nəzərdə planlaşdırılır

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

May ayı ərzində əhali arasında 62 qida zəhərlənməsi hadisəsi baş vermiş, 70 nəfər zərərçəkən olmuşdur

Səhiyyə işçiləri təltif olundu

Tədbiri giriş sözü ilə acan səhiyyə naziri Oqtay Şirəliyev təltif olunan tibb işçilərini təbrik etdi və onlara çətin və məsuliyyətli işlərində uğurlar və müvəffəqiyyətlər arzuladı

Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə geniş tədbir keçirildi

İyunun 17-si Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə acan nazir ilk olaraq bütün tibb işçilərini təbrik etdi onlara bu çətin və incə işlərində uğur və müvəffəqiyyətlər arzuladı

Azərbaycanda tibb işçilərinin peşə bayramı qeyd olunur

İyunun 17-si Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə tanınmış tibb işçiləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar

Səhiyyə Nazirliyi bir sıra tibb müəssisələrinə təbrik məktubları ünvanlanmışdır

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bir sıra tibb müəssisələrinə 17 iyun Tibb İşçilərinin Peşə bayramı münasibəti ilə təbrik məktubları ünvanlanmışdır

Beynəlxalq Donor günü münasibətilə könüllü qanvermə aksiyaları keçirilmişdir

Aksiyalar zamanı Oğuz MRX-da 68 nəfər, Qəbələ MRX-da isə 300 nəfər könüllü olaraq qan vermişdir. Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk

39 nəfərə Səhiyyə Nazirliyinin “Təşəkkür”ü elan edilmişdir

Azərbaycan Respublikası səhiyyə naziri Oqtay Şirəliyev “Eurovision-2012” mahnı müsabiqəsi keçirilən dövr ərzində tibb xidmətini yerinə yetirən işçilərə xüsusi fəallıqlarına görə “Təşəkkür elan edilməsi haqqında” əmr imzalamışdır

Naxçıvanda açıq ürək əməliyyatları və elmi-praktiki konfrans keçirilib

Mərkəzi Neftçilər Xəstəxanasının, Ürək-Damar Xəstəlikləri Mərkəzinin, 30 nəfərlik heyətdən ibarət yüksək ixtisaslı kardiocərrahiyyə briqadası ölkəmizdə artıq ənənəvi hal alan daha bir aksiyanı 10-18 iyun 2012 tarixləri arasında Naxçıvan Muxtar Respublikasında başlayıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->