Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir

Həkim-endokrinoloq tərəfindən aparılan təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılanır, maarifləndirici materiallar paylanır

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat

“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür

ÜST Avropa Regionu Daimi Komitəsinin növbəti iclası, Ümumdünya Səhiyyə Assambleyasının 65-ci sessiyası və ÜST İcraiyyə Komitəsinin 131-ci sessiyası keçirilmişdir

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 19-29 may 2012-ci il tarixlərdə Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regionu Daimi Komitəsinin növbəti iclası, Ümumdünya Səhiyyə Assambleyasının 65-ci sessiyası və ÜST İcraiyyə Komitəsinin 131-ci sessiyasında iştirak etmişdir

Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi işi davam etdirilir

Belarusiyanın Kardiologiya və Kardiocərrahiyyə İnstitutunun aparıcı mütəxəssisləri tərəfindən Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin həkim və orta tibb heyəti üçün təlimlər təşkil olunur

Həkimlərin tibbi bilik və bacarıqlarının artırılması davam etdirilir

Azərbaycanın Səhiyyə Nazirliyi ilə Rusiyanın Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən Rusiyanın tanınmış professor və dosent heyəti həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə azərbaycanlı müdavimlərə təkmilləşdirmə kursları keçirir

Qəbələdə dörd hemodializ xəstəsinə böyrək transplantasiyası həyata keçirilmişdiri

Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin 20 nəfərlik tibbi heyəti tərəfindən aparılan 8 əməliyyat uğurla başa çatmışdır

Sumqayıtda mama-ginekologiyaya dair monitorinq keçirilmişdir

100-dək mama-ginekoloq və mamalar üçün dölün antenatal mühafizəsi və zahılıq qanaxmalarına dair seminar aparılmış və sonda monitorinq keçirilmişdir

Rostrapoviç-Vişnevskaya Fondunun prezidenti Yelena Rostrapoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir

Görüşdə Səhiyyə Nazirliyi ilə Rostrapoviç - Vişnevskaya Fondu tərəfindən Azərbaycanda həyata keçirilən “Hamilə qadınların HepB və HİV-ə qarşı diaqnostikası və yenidoğulmuş uşaqların HepB-ə qarşı profilaktikası” və “məktəbli uşaqlar arasında helmintlərə qarşı mübarizə” proqramları, rutin peyvənd proqramı çərçivəsində görülən işlər və gələcək perspektivlər müzakirə olunmuşdur

Könüllü qanvermə aksiyası keçirilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə 21.05.2012-ci il tarixində keçirilən könüllü qanvermə aksiyasında 213 nəfər könüllü olaraq qan vermişdir

Ağdaş rayon Mərkəzi Xəstəxanasının hemodializ şöbəsi fəaliyyətə başladı

8 ədəd süniböyrək aparatı ilə təchiz olunmuş şöbə 50-yə yaxın xəstənin hemodializ seansları ilə təmin olunmasına imkan yaradacaqdır

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilmişdir

Aksiya zamanı 60 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

Səhiyyə Nazirliyində BMT-nin İnsan Hüquqları və Sağlamlıq məsələləri üzrə xüsusi məruzəçisi ilə görüş keçirilmişdir

Qonaqları maraqlandıran 3 əsas mövzu – səhiyyənin maliyyələşdirilməsi, ağ ciyər xəstəlikləri sahəsində görülən işlər və cəzaçəkmə müəssisələrində olan cəzaçəkənlərin hüquqları və onlara göstərilən tibbi yardım haqqında məlumatlar verildi

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Şadlıq evlərindən 2807 yaxma nümunəsi, 30 soyuq qəlyanaltı nümunəsi götürülmüş, nümunələrin 3-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunmuşdur

Lənkəranda könüllü qanvermə aksiyası keçirilmişdir

Aksiya zamanı 43 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

“Ana və uşaq sağlamlığı: Nailiyyətlər və həllini gözləyən məsələlər” mövzusunda “dəyirmi masa” keçirilmişdir

Səhiyyə Nazirliyinin və UNİCEF-in nümayəndələrinin iştirakı ilə keçirilən “dəyirmi masa” da beynəlxalq diridoğulma meyarına keçid, neonatal və doğuşayardım xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, uşaqlarda əlilliyin erkən aşkarlanması və erkən profilaktikası, anemiyanın profilaktikası və nəzarəti, uşaqların qidalanması məsələləri müzakirə edilmişdir

Könüllü qanvermə aksiyaları davam edir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsində 11-14 may 2012-ci il tarixlərində könüllü qanvermə aksiyaları keçirilmişdir

Həkimlərin təkmilləşdirilməsi işi davam etdirilir

Tanınmış professor Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının tibbi personalına urologiya-transplantasiya üzrə master-klaslar keçir, leksiya və seminarlarda çıxışlar edir, habelə bu layihə çərçivəsində klinikada bir necə gün ərzində həyata keçirilən 6 böyrək transplantasiyası əməliyyatlarında iştirak edib

Beynəlxalq Talassemiya Günü münasibətilə könüllü qanvermə aksiyaları keçirilmişdir

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

Zaqatalada zəlzələdən zərərçəkənlərə reanimobillər göndərilib

Əhalinin sağlamlığı üçün potensial təhlükə və sanitariya-epidemioloji gərginlik yaranmışdır. Bu gərginliyin aradan qaldırılması, eləcə zəlzələdən zərər çəkmiş əhaliyə tibbi xidməti təmin etmək məqsədi ilə Səhiyyə Nazirliyinin mütəxəssislərdən ibarət briqadalar hadisə yerlərinə ezam olunmuşdurlar

Bir sıra tibb müəssisələri açıldı

Əsaslı təmir və tikintidən sonra açılan müəssisələrdən Əhmədli qəsəbəsindəki 6 nömrəli Şəhər Poliklinikası, Biləcəri qəsəbəsindəki 15 nömrəli Poliklinika, Bilgəh qəsəbəsindəki 28 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Lökbatan qəsəbəsindəki 39 saylı Uşaq Kardiorevmotoloji Sanatoriyada ən müasir tələblərə cavab verən tibbi avadanlıq quraşdırılmış, istilik sistemi, qida və dərman preparatları ilə təmin olunmuşdur

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->