Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Uşaq Nevroloji Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xəstəxanada yaradılmış şəraitlə tanış olmuşlar

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əsaslı təmirdən sonra acılışı oldu

Prezident İlham Əliyevə məlumat verildi ki, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ölkəmizdə və qonşu respublikalarda işləyən həkimlərin diplomdan sonrakı hazırlığına böyük ehtiyac duyulduğundan 1935-ci ilin noyabrında yaradılmışdır. İnstitutun təşkilində azərbaycanlı mütəxəssislərlə yanaşı, Rusiyanın bir sıra alimləri də yaxından iştirak etmişlər

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2011-ci ilin noyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 36 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunmuş, 19 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 27 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır

Sertifikasiya imtahanları davam edir

21.12.2011-ci il tarixində oftalmologiya, mamalıq-ginekologiya və pediatriya ixtisası üzrə keçirilən imtahanlarda ümumilikdə 179 həkim iştirak etmişdir. İştirakçılardan 10 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir

Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində fəaliyyət göstərən Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçirilir

Oqtay Şirəliyev Krımın Kurortologiya naziri Aleksandr Liyevi qəbul edib

Qonaqları səmimi salamlayan O. Şirəliyev Azərbaycanla Ukrayna arasında olan uzun illərin dostluğundan danışdı, davamiyyətli birgə əməkdaşlıq haqqında məlumat verdi

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

14.12.2011-ci il tarixində urologiya, nevropatologiya və yoluxucu xəstəlikləri ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 24 həkim iştirak etmişdir. İmtahanlarda iştirak edən həkimlərdən 23 nəfər uğurlu nəticələr əldə etmişdir

Həkimlərin təkmilləşdirilməsi işi davam etdirilir

Türkiyənin Yüksək Eyitim Araşdırmalar Xəstəxanasının böyrək transplantasiyası üzrə professoru Yıldız Şener ölkəmizdədir. Tanınmış professor Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının tibbi personalına urologiya-transplantasiya üzrə master-klaslar keçir, leksiya və seminarlarda çıxışlar edir, habelə klinikada həyata keçirilən böyrək transplantasiyası əməliyyatlarında iştirak edir

M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında böyrək transplantasiyasına başlanıb

Hazırda xəstələrin vəziyyəti keçirdikləri əməliyyata uyğundur, hər iki xəstədə köçürülmüş böyrək fəaliyyət göstərir

Sertifikasiya imtahanları davam edir

07.12.2011-ci il tarixində travmatologiya-ortopediya, laboratoriya işi və kardiologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 96 həkim iştirak etmişdir. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir

Səhiyyə Nazirliyinin “Tibbi müayinə kartı sistemi” “Ən yaxşı elektron xidmət” nominasiyasında 2-ci yer lilə təltif edilmişdir

2011-ci ilin 6 dekabr tarixində rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 130 illiyi qeyd olundu. Bununla əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 24.10.2011-ci il tarixindən “İKT üzrə ən yaxşı kitab”, “İKT üzrə ən yaxşı elmi məqalə” və “Ən yaxşı elektron xidmət” müsabiqəsi keçirilmişdir

“Aşura günü”ndə könüllü qanvermə aksiyaları keçirildi

Respublika üzrə 3409 nəfər könüllü olaraq qan vermişdir və ümumilikdə 1363,6 litr qan tədarük olunmuşdur. Donorlardan 2329 nəfər və 931,6 litr tədarük olunan qan Bakı şəhərinin, 1080 nəfər və 432 litr tədarük olunan qan isə bölgələrin payına düşür

Könüllü qanvermə aksiyaları keçirilir

Hər il olduğu kimi bu ildə Məhərrəmlik ayının onuncu günü “Aşura günü”ndə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir. Bu saata kimi 1150 nəfər qan vermişdir ki, bunun da 750 nəfəri Bakının, 400-ü isə bölgələrin payına düşür

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat

“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür

2011-ci ilin 11 ayı ərzində 118 aptekə baxış keçirilmişdir

DVAEM-nin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən 2011-ci ilin 11 ayı ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana və Ədliyyə Nazirliyinin yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən təkrar reydlər keçirilmişdir

“E-Əmr” proqramı üzrə növbəti treninqlərə start verilmişdir

Səhiyyə Nazirliyinin tabeliyində olan bütün idarə və müəssisələrində tibbi kadrların avtomatlaşdırılmış uçot sistemini tətbiqi məqsədilə 01.01.2012-ci il tarixindən “Elektron əmr” proqramı fəaliyyət göstərəcək

“Aşura günü” könüllü qanvermə aksiyaları keçiriləcək

Mərasimlər 06 dekabr 2011-ci il tarixində Bakı şəhərində «Təzə pir», “Bibi-Heybət”, «Mir-Mövsüm ağa», «Qaraçuxur», “İçərişəhər Cümə», “Hacı Soltanəli”, Keşlə qəsəbə məscidlərində, həmçinin Sumqayıt şəhər cümə məscidində, Gəncə şəhər İmamzadə məscidində, Lənkəran şəhər Böyükbazar məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində və Bərdə şəhər cümə məscidində təşkil olunacaq

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilmişdir

Aksiyalar zamanı Ağdam MRX-da 38 nəfər, Ucar MRX-da isə 120 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır

Stasionarların fəaliyyətinə elektron nəzarət sisteminin tətbiqi ilə bağlı təlimlər keçirilir

Səhiyyənin informasiyalaşdırılması sisteminin inkişaf etdirilməsinə dair Azərbaycan Respublikasının “Elektron Azərbaycan” Dövlət Proqramının icrası məqsədilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2011-2015-ci illər üzrə Strateji Planının təsdiq edilməsi haqqında” əmrinə uyğun olaraq 01.01.2012-ci il tarixindən etibarən Səhiyyə Nazirliyinin tabeliyində olan bütün stasionar tipli tibb müəssisələrində “Stasionarların fəaliyyətinə elektron nəzarət sistemi” tətbiq ediləcək

Könüllü qanvermə aksiyaları davam edir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə  Beyləqan Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->