Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Şüa diaqnostikası üzrə kurslar keçiriləcək

Səhiyyə Nazirliyi ilə Rusiyanın Şüa Diaqnostikası üzrə Milli Konqresi arasında imzalanmış sazişə əsasən Rusiyanın bir qrup  professura və  dosent heyəti tərəfindən şüa diaqnostikası üzrə  kurslar keçiriləcək

Könüllü qanvermə aksiyaları davam edir

Sabirabad və Saatlı Mərkəzi Rayon Xəstəxanalarında könüllü qanvermə aksiyaları  keçirilmişdir. Aksiyalar zamanı Sabirabad MRX-da 176 nəfər, Saatlı MRX-da isə 125 nəfər könüllü olaraq qan vermişdir

Şəkidə yeni Mərkəzi Xəstəxana istifadəyə verilmişdir

Açılış mərasimində Azərbaycan Respublikasının Prezident İlham Əliyev iştirak etmişdir. Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat vermişdir ki,  100 çarpayılıq xəstəxananın inşası müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilmişdir. Xəstəxananın təməli 2008-ci ilin sentyabrında Azərbaycan Prezidentinin iştirakı ilə qoyulmuşdur

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

İştirakçılardan 2 həkim 100 bal toplayaraq ən yüksək nəticəni göstərmişdir. İmtahanlarda iştirak edən həkimlərdən 105 (96%) nəfər uğurlu nəticələr əldə etmişdir

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Oktyabr ayı ərzində əhali arasında 48 qida zəhərlənməsi hadisəsi baş vermiş, 51 nəfər zərərçəkən olmuşdur. O cümlədən 2 botulizm hadisəsi baş vermiş, 4 nəfər zərərçəkən olmuşdur, 1 nəfər vəfat etmişdir

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat

 “Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin tabeliyində olan bəzi müəssisələrin işçilərinin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalamışdır

Sərəncama əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilmişdir

Bir necə yeni tibb müəssisəsi əhalinin istifadəsinə verildi

Açılışları olan müəssisələrin hər biri ən müasir avadanlıqla təchiz olunmuş, burada operativ, yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hərtərəfli imkanlar yaradılmışdır. Minlərlə əhaliyə xidmət edəcək müəssisələr kimi bu tibb ocaqlarında  da yaradılmış şərait müraciət edənlərə daha effektiv tibbi yardım göstərməyə imkan verəcək

Sertifikasiya imtahanları davam edir

02.11.2011-ci il tarixində nevrologiya, mamalıq-ginekologiya və epidemiologiya   ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 95 həkim iştirak etmişdir. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticəni göstərmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Respublika Uşaq Klinik Xəstəxanasının açılışında iştirak etmişdir

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına xəstəxanada görülmüş işlər barədə məlumat vermişdir. Bildirildi ki, xəstəxanada yenidənqurma işlərinə 2010-cu ilin iyunundan başlanmışdır. Binada yüksək səviyyədə təmir-bərpa işləri görülmüşdür

Ağdaş Mərkəzi Rayon xəstəxanasının açılışı olmuşdur

Səhiyyə Nazirliyinin sifarişi əsasında inşa edilən xəstəxana binasının təməli ötən il fevralın 12-də Prezident İlham Əliyevin Ağdaş rayonuna səfəri zamanı qoyulmuşdur. 100 çarpayılıq xəstəxana kompleksində tikintinin ümumi sahəsi 22 min 500 kvadratmetrdir. Altı korpusdan ibarət üçmərtəbəli səhiyyə ocağında 100 nəfərədək tibb heyəti çalışır

“Dünya əhalisinin durumu - 2011” hesabatına dair məlumat

Hesabatda Azərbaycana dair heç bir mənbəyə əsaslanmayan bəzi yanlış məlumatlar öz əksini tapmışdır. Qeyd edək ki, Azərbaycan Respublikasının Statistika Komitəsi ana və uşaq ölümünə dair göstəriciləri illər üzrə dəqiqliyi ilə hesablanmışdır. Həmin göstəricilər eyni zamanda ÜST tərəfindən qəbul olunmuşdur və hesabatlarında əks olunmuşdur

Fizioterapiya və terapiya ixtisasları üzrə imtahanlarının nəticələri bəlli oldu

Keçirilən imtahanlarda ümumilikdə 254 həkim iştirak etmişdir. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 222 nəfər uğurlu nəticələr əldə etmişdir

Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə sahə işləri başa çatdı

Milli səviyyədə keçirilən Demoqrafiya və Sağlamlıq Sorğusu əhali, ev təsərrüfatlarının xüsusiyyətləri, ailə planlaşdırılması, ana və uşağın sağlamlığı, reproduktiv sağlamlıq, QİÇS və digər cinsi yolla keçən xəstəliklər, qidalanma və təhsil haqqında məlumatla təmin edir

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş olmuşdur

Qonaqları səmimi salamlayan Oqtay Şirəliyev Qırmızı Xaç komitəsinin  nümayəndələrinə bütün dünyada həmçinin də Azərbaycanda mühüm layihələr həyata keçirdiklərini, ən əhəmiyyətli və çətin məqamlarda əhalinin yardımına gəldiklərini müsbət hal kimi qiymətləndirildiyini bildirdi

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Sentyabr ayı ərzində əhali arasında 78 qida zəhərlənməsi hadisəsi baş vermiş, 87 nəfər zərərçəkən olmuşdur. O cümlədən 3 botulizm hadisəsi baş vermiş, 3 nəfər zərərçəkən olmuşdur

Şüa diaqnostikası üzrə kurslar keçiriləcək – Elan

Kurslarda iştirak etmək istəyən Səhiyyə Nazirliyinin tabeçiliyində olan xəstəxana və tibb mərkəzlərinin mütəxəssisləri 21 oktyabr 2011-ci il tarixindən -31 oktyabr 2011-ci il tarixinədək saat 15:00-dən-17:00-dək Səhiyyə Nazirliyinə müraciət edə bilərlər

Astanada travmatoloq və ortopedlərin Beynəlxalq elmi-praktiki konfransı keçirilmişdir

Azərbaycan 2 məruzə təqdim etmişdir. Bunlardan “Azərbaycanda yol-nəqliyyat travmatizmi və onun xüsusiyyətləri” dinləticilərin böyük marağına səbəb olmuşdur

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

Belə ki, 19.10.2011-ci il tarixində endokrinologiya,  psixiatriya və şüa diaqnostikası ixtisasları  üzrə keçirilən imtahanlarda ümumilikdə 103 həkim iştirak etmişdir. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 94  nəfər uğurlu nəticələr əldə etmişdir

Tibb bacısı ixtisası üzrə nümunəvi test sualları hazırlandı

Nümunəvi test suallarında beş cavab variantı ilə yanaşı  izahlı doğru cavab variantı yerləşdirilmiş, həmçinin test suallarına hazırlaşarkən hansı mənbələrə istinad edilməsi lazım sayılan dərs vəsaitləri də göstərilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->