Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində 3 oktyabr 2018-ci ildə dəyirmi masa təşkil olunub.
1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) pediatr və mütəxəssislərin iştirakı ilə KİV nümayəndələri üçün brifinq təşkil edilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi tibbi Şurasının 28 sentyabr 2018-ci il tarixli iclası keçirilib. Tədbirdə İcbari tibbi sığortanın tətbiqi barədə məsələlər müzakirə olunub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyalarında toplanılan qanların infeksiyalara görə müayinəsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 25 sentyabr 2018-ci il tarixində saat 11:00-da Astara Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları üçün qəbul edəcək.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) KİV nümayəndələri və tibbi personalın iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Qəhrəman Haqverdiyev, hər il dünyada, o cümlədən Azərbaycanda qeyd olunan sülh gününün məqsəd və vəzifələri haqqında məlumat verib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 sentyabr 2018-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi ilə Serbiya Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Fərman imzalayıb.
İki gün davam edən konfrans dünyanın ən nüfuzlu xərçənglə mübarizə təşkilatı olan və öz ətrafında 40 minə yaxın üzvü birləşdirən Amerika Klinik Onkologiya Cəmiyyəti ilə Azərbaycan Milli Onkologiya Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
Hər il olduğu kimi bu il də Məhərrəmlik ayının onuncu günü “Aşura günü”ndə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək.
Səhiyyə Nazirliyində Azərbaycan Respublikasında doğuşayardım xidmətinin vəziyyəti və 2018-ci ilin 8 ayı ərzində riskli hamiləlik və doğuş hallarının təhlilinə həsr edilmiş geniş Kollegiya iclası keçirildi.