Əsas bölmələr
2010-cu ilin 9 ayı ərzində əhali arasında 511 qida zəhərlənməsi hadisəsi baş vermiş, 582 nəfər zərərçəkən, o cümlədən 11 botulizm hadisəsi baş vermiş, 25 nəfər zərərçəkən olmuşdur
Görüşdə Niderland Krallığı ilə Səhiyyə və Tibb elmi sahəsində əməkdaşlığa dair müzakirələr, həmçinin Niderlandın məşhur Philips şirkətinin regional ofisinin Azərbaycanda açılmasına dair müzakirələr aparıldı
Respublika Perenatal mərkəzdə təşkil olunacaq simpoziumda yerli mütəxəssislərlə yanaşı Amerikanın tanınmış alimi, Kolumbiya Universitetinin professoru, Nyu-York xəstəxanasının Neonotal və perenatal mərkəzinin direktoru cənab Ricard Polin və Gratz Tibb Universitetinin Neonatologiya kafedrasının dosenti Reinhold Kerbl da iştirak edəcək
3 növbəli iş rejimi ilə çalışacaq şöbə gün ərzində təxminən 50 dializ xəstəsinə dövlət hesabına xidmət edəcək
53 ölkəni özündə birləşdirən Avropa qitəsinin və MDB məkanının dövlətlərinin qatıldığı sessiyada bu ölkələrin Səhiyyə Nazirlərindən başqa bir sıra nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri də iştirak ediblər
10 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyaya işgüzar səfəri başlamışdır.
Bu günə kimi ərazidə məskunlaşmış 4 minə yaxın insan tibbi müayinədən keçmişdir, 150 nəfər hospitallaşdırılmışdır. Ümumilikdə 79 hamilə qadın qeydiyyata götürülmüşdür ki, onlardan da 14-ü artıq azad olmuşdur. Dünyaya gəlmiş 8 qız və 6 oğlan uşağının, həmçinin anaların vəziyyəti yaxşıdır
Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Özəl tibb fəaliyyəti ilə məşğul olan bir neçə müəssisədə reydlər keçirilib. Reydlər zamanı bu müəssisələrdə bir sıra qanunsuzluqlar aşkar edilmişdir
Bu gün Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev Gürcüstanın birinci xanımı Qlobal Əməkdaşlıq Fondunun Vərəm üzrə səfiri Sandra Elizabet Rulofsu qəbul etmişdir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 7 iyul 2010-cu il tarixində Qəbələ Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir
Görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində ikitərəfli əlaqələrin perspektivləri, səhiyyə və sosial sahədə birgə proqramların həyata keçirilməsi imkanları və s. məsələlər müzakirə olunub
Bakı şəhəri ərazisində yerləşən çimərliklərin yay mövsümünə hazırlıq vəziyyətinə və çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərinə nəzarət məqsədi ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən laboratoriya tədqiqat üsullarının tətbiqi ilə müayinələr və araşdırmalar aparılmışdır. Aparılmış araşdırmalar göstərmişdir ki, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi halları hələ də davam etməkdədir
Azərbaycan Respublikasında 2010-cu ilin may ayının əvvəllərində Kür çayının daşması nəticəsində Şirvan şəhərində, Zərdab, Sabirabad və digər rayonlarda təbii fəlakət baş vermişdir ki, bu da əhalinin sağlamlığı üçün potensial təhlükə və sanitariya-epidemioloji gərginlik yaratmışdır
O.Şirəliyev ölkə başçısının səhiyyəyə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində görülən işlər, əldə olunan nailiyyətlər, son illər tikilib istifadəyə verilən çoxsaylı tibb ocaqları haqda məlumat verdi
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə