Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb.

 

Belə ki, 03.08.2011-ci il tarixində allerqologiya, otorinolarinqologiya və travmatologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 43 həkim iştirak etmişdir. İştirakçılardan 4 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 38 nəfər uğurlu nəticələr əldə etmişdir.

 

Növbəti test imtahanları epidemiologiya  və gigiyena ixtisasları üzrə 10.08.2011-ci il tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 


Geriyə