Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri  açıqlanıb.

 

Belə ki, 24.08.2011-ci il tarixində nefrologiya və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 92 həkim imtahan vermişdir. İmtahanlarda iştirak edən həkimlərdən 86 (94%) nəfər uğurlu nəticələr əldə etmişdir.

 

Növbəti test imtahanları ftiziatriya və pediatriya ixtisasları üzrə 07.09.2011-ci il  tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı



Geriyə