|
|
|
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb.
Belə ki, 14.09.2011-ci il tarixində şüa terapiyası və laboratoriya işi ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 47 həkim iştirak etmişdir. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 45 (96%) nəfər uğurlu nəticələr əldə etmişdir.
Növbəti test imtahanları mamalıq-ginekologiya və stomatologiya ixtisasları üzrə 21.09.2011-ci il tarixində keçiriləcək.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
Geriyə |