|
|
|
Səhiyyə Nazirliyi və Dünya Bankının “Səhiyyə sektorunda islahatlar layihəsi” çərçivəsində ixtisasartırma kurslarına göndəriləcək həkimlər ilə keçirilən görüşün əsas məqsədi onlara bəzi inzibati, təşkilatı məsələləri aydınlaşdırmaq və tövsiyələr vermək idi.
Praktiki tibbi bilik və bacarıqlarını təkmilləşdirilmək məqsədi ilə Türkiyə Cümhuriyyətinin müxtəlif tibb mərkəzlərinə göndərilən mütəxəssislər, əsasən 5 pilot rayondan (Şəki, İsmayıllı, Qax, Ağdaş, Abşeron və Bakı) seçilmişlər.
44 nəfərdən ibarət həkim heyəti 31.01.2011-ci ildə yola düşəcəklər. Kurslar əsasən 1 aylıq nəzərdə tutulub.
Geriyə |