Əsas bölmələr
AZƏRBAYCAN RESPUBLIKASI
NAZIRLƏR KABINETI
QƏRAR
№ 105
30.06.2011-ci il
"Təhlükəli yoluxucu xəstəliklərin siyahısı"nın təsdiq edilməsi barədə
"Təhlükəli yoluxucu xəstəliklərin siyahısı"nın təsdiq edilməsi barədə "İmmiqrasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 114 nömrəli Fərmanının 2-ci hissəsinin üçüncü abzasına və "Miqrasiya idarəetmə sisteminin inkişafı və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 805 nömrəli Fərmanının 5.2.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Təhlükəli yoluxucu xəstəliklərin siyahısı" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 30 iyun tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmişdir
Təhlükəli yoluxucu xəstəliklərin siyahısı
1. Hemorragik virus xəstəlikləri
2. Sarı qızdırma
3. İnsanın immunçatışmazlığı virusu infeksiyası
4. B və C hepatitləri.
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə