SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu

Bu xidmət vasitəsilə Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu mümkündür.

Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən “Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)

Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərənin “Ərizələrim” bölməsində sistem istifadəçinin göndərmiş olduğu ərizələrin siyahasını verir. İstifadəçi yeni ərizə göndərmək üçün “Yeni ərizə” bölməsinə daxil olmalıdır. (Şəkil 2)

“Yeni ərizə” bölməsinə daxil olduqda açılan pəncərədə istifadəçi fiziki və ya hüquqi şəxs olması barədə məlumat verməlidir. (Şəkil 3)

İstifadəçi fiziki şəxs olarsa, Şəxsi məlumatlar hissəsində yaşayış ünvanı, fəaliyyət ünvanı, əlaqə vasitələri, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi qeyd edilir. ( Şəkil 4 )

Obyekt haqqında məlumatlar sahəsində istifadə sahəsi seçilməlidir. Məhsul haqqında məlumatlar sahəsində məhsulun tam adı, məhsulun gigiyenik xarakteristikası barədə məlumatları daxil etməlidir. (Şəkil 5)

Qeyd: * işarəli xanaları daxil etmək mütləqdir

Növbəti mərhələdə İstehsalçı müəssisənin sanitariya norma və qaydalarının tələblərinə uyğunluğu haqqında ərazi dövlət sanitariya nəzarəti orqanının sanitariya müayinə aktının elektron formada surəti, qanunvericilikdə nəzərdə tutulduğu halda, xüsusi razılığın elektron formada surəti , Kontraktın (müqavilənin) elektron formada surəti, və İstehsalçı ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş yeyinti məhsulun mənşəyini və təhlükəsizliyini xarakterizə edən müvafiq sertifikatın notarial qaydada təsdiq edilmiş tərcüməsinin elektron formada surəti sənədləri “Yüklə” düyməsindən istifadə etməklə yüklənməlidir. (Şəkil 6)

İstifadəçi hüquqi şəxs olduqda müəssisə rəhbərinin adını, soyadını, atasının adını, hüquqi şəxsin adını, təşkilatın hüquqi formasını, hesablaşma hesabıının olduğu bankı, hesablaşma hesabının nömrəsini və s. barədə məlumatlar daxil edilməlidir. Növbəti mərhələdə istifadəçi “Şəxsi məlumatlar” bölməsində yaşayış ünvanını, fəaliyyət ünvanını, ev,iş telefon, mobil telefon nömrəsini və VEÖN barədə məlumatları daxil etməlidir.

Növbəti mərhələdə İstehsalçı müəssisənin sanitariya norma və qaydalarının tələblərinə uyğunluğu haqqında ərazi dövlət sanitariya nəzarəti orqanının sanitariya müayinə aktının elektron formada surəti, qanunvericilikdə nəzərdə tutulduğu halda, xüsusi razılığın elektron formada surəti , Kontraktın (müqavilənin) elektron formada surəti, və İstehsalçı ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş yeyinti məhsulun mənşəyini və təhlükəsizliyini xarakterizə edən müvafiq sertifikatın notarial qaydada təsdiq edilmiş tərcüməsinin elektron formada surəti sənədləri “Yüklə” düyməsindən istifadə etməklə yüklənməlidir.

Sonda istifadəçi “Yadda saxla” düyməsindən istifadə etməklə yaradılmış müraciəti yadda saxlayaraq sonra göndərə və ya “Yadda saxla və Təsdiq et” düyməsindən istifadə etməklə yaradılmış müraciəti Səhiyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olur.

Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir.

Bu səhifədən sizə faydalı olan məlumatı ala bildiniz ?

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.