Gəminin (daxili sularda üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
Bu xidmət vasitəsilə Gəminin (daxili sularda üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu mümkündür.
Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytına, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin e-sehiyye.gov.az rəsmi saytına və yaxud Elektron hökümət portalına e-gov.az daxil ola bilərsiz. Daha sonra Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən Gəminin (daxili sularda üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətini seçmək lazımdır. (Şəkil 1)
Daha sonra açılan yeni səhifədə ərizələriniz haqqında məlumata baxa və yeni ərizə göndərə bilərsiz. Ərizə göndərmək üçün “Yeni ərizə” düyməsinə vurmaq lazımdır. (Şəkil 2)
“Yeni ərizə” bölməsinə daxil olduqda açılan pəncərədə istifadəçi fiziki və ya hüquqi şəxs olması barədə məlumat verməlidir. (Şəkil 3)
İstifadəçi fiziki şəxs olarsa aşağıdakı məlumatları daxil etməlidir:
- yaşayış və fəaliyyət ünvanı,
- ev, iş, yaxud mobil telefon nömrəsi
- faks, elektron poçt
- VÖEN
- Gəmi haqqında məlumat
(Şəkil 4)
Qeyd: * işarəli xanaları daxil etmək mütləqdir.
İstifadəçi hüquqi şəxs olduqda müəssisə rəhbərinin adını, soyadını, atasının adını, hüquqi şəxsin adını, təşkilatın hüquqi formasını, hesablaşma hesabıının olduğu bankı, hesablaşma hesabının nömrəsini və gəmi barədə məlumatları daxil etməlidir. Daha sonra istifadəçi “Şəxsi məlumatlar” bölməsində yaşayış ünvanını, fəaliyyət ünvanını, ev,iş , mobil telefon nömrəsini və VEÖN barədə məlumatları daxil etməlidir
Növbəti mərhələdə istifadəçi qüvvədə olma müddəti bitmiş gəmi sanitariya şəhadətnaməsinin elektron formada surətini “Yüklə” füyməsindən istifadə etməklə yükləməlidir.
Lazımi sənədlərin elektron surətini yüklədikdən sonra istifadəçi “Yadda saxla” düyməsindən istifadə etməklə yaradılmış müraciəti yadda saxlayaraq sonra göndərə və ya “Yadda saxla və Təsdiq et” düyməsindən istifadə etməklə yaradılmış müraciəti Səhiyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olur. (Şəkil 5)
Ərizəni göndərdikdən sonra qeyd etdiyiniz elektron ünvana Səhiyyə Nazirliyi tərəfindən müraciətinizdə təqdim olunan ərizəyə baxılması barədə bildiriş göndəriləcəkdir.